Sabah saat 10:00-dan qaz kəsiləcəkbackend

Sabah saat 10:00-dan qaz kəsiləcək

Sabah saat 10:00-dan Sabirabad rayonunun 6 kəndinin təbii qaz təchizatı dayandırılacaq.

Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, fasilə diametri 225, 160, 110 mm-lik PE orta təzyiqli “Azadkənd-Salmanlı” və “Azadkənd-Cəngən” yeraltı daşıyıcı qaz kəmərləri və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədardır. Odur ki, sınaq işləri başa çatanadək Sabirabad rayonunun Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndlərində (ümumi 1 610 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*