Sabah üç rayonun qaz təchizatında fasilə YARANACAQbackend

Sabah üç rayonun qaz təchizatında fasilə YARANACAQ

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədi ilə sabah saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Bu barədə KONKRET.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

“Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*