Sabiha Gökçen aeroportunda uçuşlar niyə dayandırılıb?backend

Sabiha Gökçen aeroportunda uçuşlar niyə dayandırılıb?

İstanbulun Tuzla bölgəsində təbii qaz boru xəttində həyata keçirilən təmir işləri zamanı partlayış baş verib.

KONKRET.az “Hürriyet”ə istinadən xəbər verir ki, boru xəttində partlayışa səbəb qaz sızması olub.

Məlumata görə, təmir işləri Sabiha Gökçen Hava Limanında təyyarələrin havaya qalxma istiqamətində olduğu üçün aeroportda qabaqlayıcı tədbirlər məqsədilə uçuşlar dayandırılıb.

Bu səbəbdən, 3 təyyarə İstanbul Hava Limanına yönləndirilib. Hava limanında 1 saata yaxın fasilədən sonra uçuşlar bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*