Sabiq baş həkimlərə hansı cəza verilib?backend

Sabiq baş həkimlərə hansı cəza verilib?

Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (Vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilən Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş direktorları – Səidə Şahpələngova və Ələkbər Əkbərov, hazırkı maliyyə şöbəsinin müdiri Asif Həsənova hökm oxunub.

KONKRET.az-ın məlumatına görə, onlarla bərabər və eyni maddə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının sabiq xəzinədarı və terapiya şöbəsinin müdirinə də cəza verilib.

Belə ki, 2007-ci ildən 2022-ci ilin iyul ayınadək Ələkbər Əkbərov, Səidə Şahpələngova və digər təqsirləndirilən şəxslər əlbir olaraq hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqavilələri əsasında 10 nəfəri işə görtürərək onların adlarına yazılmış ümumilikdə 206316,38 manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyiblər.

Pulun 20 faizi işçilər, qalanı isə baş həkimlər arasında bölünüb.

Məhkəmənin hökmü ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Ələkbər Əkbərova 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Səidə Şahpələngova 6 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

Asif Həsənova və sabiq xəzinədara 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.

Xəstəxananın terapiya şöbəsinin müdiri isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib. (Qaynarinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*