Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqal yaradan toyundan yeni görüntülər yayılıb.
Xatırladaq ki, sabiq millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirmişdi.
Nəticədə sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Toyda iştirak edən qonaqlar isə cərimələnib.
Yeni görüntülərdə kürəkən İlham Əliyevin akademik haqqında sağlıq deməsi əks olunub.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanda toy və kütləvi tədbirlərin keçirilməsi qadağan edilsə də, sabiq deputat buna əməl etməyərək qızına toy məclisi düzənləmişdi.
KONKRET.az həmin görüntüləri Meydan Tv-yə istinadən təqdim edir: