Sabiq erməni deputat Rusiyaya od püskürdü: “Ölməmək üçün bizə çörək və su verirlər”backend

Sabiq erməni deputat Rusiyaya od püskürdü: "Ölməmək üçün bizə çörək və su verirlər"

Ermənistanın keçmiş siyasi məhbusu, sabiq deputat Azat Arşakyan erməni mediasına müsahibəsində Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatına (KTMT), Avrasiya İqtisadi Birliyinə (AİB) və Rusiyaya qarşı öd püskürüb.

Mövzunun aktuallığını nəzərə alaraq KONKRET.az həmin müsahibəni sizə təqdim edir:

-Cənab Arşakyan, Azərbaycan-Ermənistan sərhəddində baş verən insidentlə bağlı KTMT-nin Baş katibi Stanislav Zas narahatlığını ifadə edərək bildirib ki, bu, Ermənistan və Azərbaycan liderləri səviyyəsində atəşkəs razılaşmalarının pozulduğunu göstərir. Bu ifadəni necə qiymətləndirirsiniz?

-Mən bunu Ermənistana qarşı sərt bir bəyanat hesab edirəm. Çünki heç bir KTMT ölkəsi xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımayıb. 2012-ci ildə BMT-nin İnsan Hüquqları Məhkəməsinin bununla bağlı qərarı isə yalnız Serbiyanın Kosovo məsələsinə bir cavabı idi.  Nəticədə albanlar bu hüquqdan istifadə edərək Serbiyanın ərazi bütövlüyünü pozdular və Serbiyanın tərkibindən çıxdılar.

Presedent 10 il əvvəl idi. BMT müəyyən şərtlərdə öz müqəddəratını təyin etmə hüququnun üstünlüyünü tanıyıb. Azərbaycan isə Qarabağ ermənilərinə bu hüququ vermək istəmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da heç kim ermənilərin hüququnu tanımadığından Zasın açıqlaması anti-ermənidir və bu, Azərbaycanın müttəfiqlərinin Ermənistana verdiyi bir anonsdur.

Bizi KTMT, MDB, Gömrük İttifaqı və AİB bloklarından çıxarmaq istəyirlər və biz israrla onlara tabe olmağa davam edirik.

-Rusiya iyulun 1-dən Ermənistana qaz qiymətlərini artırmaq niyyətini bir daha bəyan edir. Dünya iqtisadiyyatı tənəzzülə uğrayırsa, Rusiya niyə bu addımı atır?

-İndi onlar qiyməti yenə də qaldırmaq istəyirlər. Beləliklə, bir daha bizi özlərindən uzaqlaşdırırlar. KTMT-yə gəlincə, bu, Rusiya imperiyasının ləqəblərindən biridir. Bir vaxtlar SSRİ, MDB, AİB tərəfindən tıklanırdı, indi isə bunu KTMT vasitəsilə həyata keçirirlər. Yəni Rusiya sərhədlərini qoruyan bir ölkəyə silah satır. Bu, ona bənzəyir ki, guya biz Tavuşdakı əsgərlərimizə patron satırıq, bu pulu isə onların qohumlarının maaşından tuturuq. Biz NATO ilə mübarizədə İmperiyanın maraqlarını müdafiə edirik, onlar da bizə silah satır. Ermənistanın NATO ilə üzləşməsi üçün heç bir səbəb yoxdur, bu blok bizim üçün təhdid deyil. Əksinə, bu, erməni xalqının müttəfiqidir, NATO sayəsində Rusiya imperiyası erməni dövlətinin mövcud olmasına imkan verir. İsrail məsələn, ABŞ Müdafiə Nazirliyindən ildə 3 milyard dollar subsidiya alır.

-Avropa Birliyi Ermənistana koronavirusa qarşı mübarizə aparmaq üçün 51 milyon avro ayırdı,  halbuki bu məsələdə AİB özünü göstərmir.

-Biz AİB-də girovuq. Qərb sivilizasiyasının daşıyıcıları kimi biz Avrasiya Birliyində girov qalmışıq. Bizi cəzalandırmaqla onlar Qərbi cəzalandırırlar.

Girov qalanlara güllə atırlar. Məqsəd isə onun qohumlarının ağrı çəkməsi və təslim olmasıdır. AİB bizə kömək edə bilməz. Girov ölməsin deyə çörək və su verirlər. Onlardan kömək gözləmirəm. İmmunitetim var, onları müttəfiqim kimi tanımıram. Kim bizə kömək edirsə, müttəfiq də odur. Kim maneçilik edirsə, o da düşməndir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*