Sabiq FİFA referisi Çan Din Thin 43 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Vyetnam Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Beynəlxalq dərəcəli hakim dözümlülük testi üçün təxminən 4 km məsafəni qət etməyə çalışarkən yıxılıb.
Din Thinə ilkin yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Çan Din Thin 2019-cu ildən FİFA referisi idi.