Sabir Rüstəmxanlının qardaşı Almaniyada radikallarla birlikdə həbs olundu – FOTOLARbackend

Sabir Rüstəmxanlının qardaşı Almaniyada radikallarla birlikdə həbs olundu - FOTOLAR

Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb.

KONKRET.AZ xəbər verir ki, cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada “miqrant alveri” ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.

KONKRET.AZ bildirir ki, Almaniyada həbs olunan müxalifətçilər barəsində yeni faktlar üzə çıxıb.

Əvvəllər də bildirmişdim ki, Almaniya federal polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan dəstəni ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evindә vә ofisindә axtarış edib, bir neçә nәfәr hәbs olunub.

Bunu jurnalist Yafəz Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərinin saxlanmasına münasibət bildirərkən deyib. O bildirib ki, bu xәbәri alandan sonra araşdırmalara başlayıb və bir çox sәnәdli faktlar toplayıb.

Hәmin faktları qısa şәkildә paylaşan jurnalist qeyd edib: “Evlәrdә vә ofislәrdә axtarış Koblenç prokurorluğun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir). Bunlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır. Cinayәt işinә әsaslanmış sanksiyadakı mәlumatların qısaldılmış forması belәdir:

Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, Xәlilbәyli әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Güya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.

O gәtirdiyi adamlara özünü Almaniyada sözü keçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә, o, qurbanlarının әlindәn hәqiqi sәnәdlәrini alıb.

O, hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (soyaddır – İlham Hәsәn ola bilәr) vә tәqsirlәndirilәn Cavadovun vasitәsi ilә әldә edib. İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub. Tәqsirlәndirilәn şәxs Hәsәn әn az 7 dәfә dolu paketdә Xәlilbəyliyә saxta sәnәdlәr göndәrib. Çoxsaylı azәrbaycanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*