Sabirabadda azyaşlı qızla nişan iddiası: Polis ailələri saxladı — VİDEObackend

Sabirabadda azyaşlı qızla nişan iddiası: Polis ailələri saxladı — VİDEO 

Sabirabadın Əsədli kəndində 20 yaşlı oğlanın 14 yaşlı qızla nişanlanması barədə xəbərlər yayılıb.

KONKRET.az xəbər verir ki, yeniyetmə qızın anası Gülər Fərzəliyeva isə bu xəbərin yalan olduğunu bildirib:

“Həyat yoldaşımla həmin oğlanın atası məclislərdən birində yeyib-içiblər. Sərxoş olan oğlanın atası qızımızı oğluna istədiyini deyib. Həyat yoldaşım isə qızımızın azyaşlı olduğunu söyləyib. Bundan sonra evimizə heç kim gəlməyib, nişan olmayıb”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları qanunvericiliyə əsasən dərhal tədbirlər həyata keçiriblər. Hər iki tərəf polis şöbəsinə dəvət olunub:

“Araşdırmalar zamanı oğlanın 20, qızın isə 14 yaşı olduğu müəyyən edilib. Ailələrlə izahedici söhbətlər aparılıb və bu halın qanunla qadağan olduğu izah edilib. Lakin həmin vaxt yeniyetmə qızın valideyni Hikmət Fərzəliyev və Elvin Məmmədli səs-küy salaraq polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də, hərəkətlərini davam etdirərək ictimai qaydanı pozublar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onlar 8 sutka inzibati qaydada həbs olunublar”.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*