Sabirabadda ölü körpə dünyaya gətirən ananın reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
KONKRET.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumatda qeyd olunub ki, 2005-ci il təvəllüdlü şəxs 19.05.2025-ci il tarixində saat 17:00 radələrində Ucar Rayon Mərkəzi Xəstəxanasından 32 həftəlik hamiləlik, uşaqlıqla çapıq, ölü döl diaqnozları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal Mərkəzə təxliyə olunub:
“Zəruri tibbi xidmətlər göstərilən pasiyent üzərində qeysəriyyə kəsiyi əməliyyatı icra olunub və ölü döl xaric edilib. Ölü döl təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, pasiyent hamiləlik müddətində virus infeksiyasına yoluxmasını və 10 gün ərzində bətnində körpənin hərəkətini hiss etmədiyini bildirib”.