Sabirabadda yanğında ölən ailənin FOTOSUbackend

Sabirabadda yanğında ölən ailənin FOTOSU

Xəbər verdiyimiz kimi, Sabirabad rayonu Muğangəncəli kəndində fərdi yaşayış evində baş vermiş yanğında bir ailənin dörd üzvü ölüb.

KONKRET.az unikal.az-a istinadən xəbər verir ki,yanğın nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, həyat yoldaşı 2002-ci il təvəllüdlü İmanova Şəfalı Rövşən qızı, övladları – 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı vəfat edib.

Ev sahibi, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızı, onun oğlu, 1983-cu il təvəllüdlü İmanov Ruslan Ağasəf oğlu yanğından xilas olublar.

Unikal.az saytı yanğında həyatını itirən ailənin fotosunu əldə edib:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*