Şabranda Türkiyə vətəndaşına məxsus TIR yandıbackend

Şabranda Türkiyə vətəndaşına məxsus TIR yandı

Şabran rayonu ərazisində Türkiyə vətəndaşına məxsus yük maşını (TIR) yanıb.

KONKRET.az Report-a istinadla xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli magistral yolun 137-ci km-nin Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Faruk Dinçin idarə etdiyi VOLVO markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb.

Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*