Sabunçuda dəmiryol keçidi tunellə əvəz olunacaqbackend

Sabunçuda dəmiryol keçidi tunellə əvəz olunacaq

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda yenidənqurma işləri aparılacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə – 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmiryol keçidi yeraltı tunellə əvəz olunacaq.

Bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*