Şad xəbər: Havanın temperaturu bu tarixdən aşağı düşəcəkbackend

Şad xəbər: Havanın temperaturu bu tarixdən aşağı düşəcək

Sabahdan bakıda və Abşeron yarımadasında hava temperaturunun aşağı düşəcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda əks olunub.

Bildirilib ki, Bakıda və Abşeronda havanın temperaturu gecə 24-28 isti, gündüz 34-38 dərəcə isti olacaq.

Hava proqnozu ilə bağlı ümumi məlumatlarda isə şənbə və bazar günləri hava temperaturunun daha 2 dərəcə aşağı düşəcəyi ehtimal edilir. Gələn həftənin cümə gününə qədər isə ümumilikdə bugünlə müqayisədə 6 dərəcə temperatur fərqi olacağı və havanın 29-34 dərəcə istiyə qədər sərinləşəcəyigözlənilir.

Qeyd edək ki, bir neçə gündür ardıcıl olaraq Bakıda və Abşeronda gecə 25-29, gündüz 35-40 dərəcə isti qeydə alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*