ŞAD XƏBƏR: İş saatları 30-35 saata endirilə bilərbackend

ŞAD XƏBƏR: İş saatları 30-35 saata endirilə bilər

Avropada və Skandinaviya ölkələrində iş saatlarının 30–35 saata endirilməsi, həmçinin İsveçdə tətbiq edilən 6 saatlıq iş günü modeli işçilərin sağlamlığına müsbət təsir göstərir. Maraqlıdır, bu model Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırkı mərhələdə Azərbaycanda belə bir modelin tətbiqi real görünmür:

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Bizdə muzdla çalışanların böyük əksəriyyəti dövlət sektorunda işləyir. Onların yarısı məktəblərdə çalışan müəllimlərdir, böyük hissəsi isə müxtəlif dövlət qurumlarında fəaliyyət göstərir. Müəllim, polis, yanğındırsöndürən, həkim və digər bu kimi xüsusi peşələrdə iş saatlarını azaltmaq çətin məsələdir. Dövlət qərar qəbul edə bilər, amma bu sahələrdə tətbiqi çox müşkül olacaq”.

Ekspertin sözlərinə görə, özəl sektora isə dövlətin qarışması düzgün deyil:

“Özəl sektorun bu sahədə müəyyən qaydaları tətbiq etməsi mümkündür. Necə ki, indi 40 saatlıq iş həftəsi mövcuddur, əlavə iş saatları üçün isə işçilərlə razılaşaraq əlavə ödəniş oluna bilər. Bu, daha çox Amerika modelinə uyğundur və Azərbaycanda tətbiq olunması daha məqsədyönlüdür”.

Natiq Cəfərli qeyd edib ki, məsələ iş saatlarının çox və ya az olmasında deyil:

“Bizim əsas problemimiz faydalı iş əmsalının aşağı olmasıdır. İş saatı azaldılsa da, yüksək səmərəlilik əldə olunmayacaq. Əsas hədəf əmək məhsuldarlığını artırmaqdır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*