“Sadə iranlılar da bizim haqq işimizi dəstəkləyir” – Vardan Voskanyanbackend

“Sadə iranlılar da bizim haqq işimizi dəstəkləyir” - Vardan Voskanyan

Ermənistanın tanınmış siyasətçisi Vardan Voskanyan teleqram kanalındakı paylaşımı İranın dövlət siyasətinin iç üzünü bir daha göstərir.

KONKRET.az həmin fikirləri təqdim edir:

“İranın cənub-qərbində, xüsusən də bir çox məşhur və nüfuzlu iranlıların tez-tez ziyarət etdiyi Dezful şəhərində ermənilərə və Ermənistana xüsusi rəğbət bəsləyirlər. İki gün ərzində Dezfulun bir çox ziyalıları və sadə vətəndaşları mənim Ermənistandan olduğumu bildikdən sonra yaxınlaşaraq haqq işimizə dəstəklərini ifadə etdilər.

Məni ən çox təsirləndirən isə Sasani İranının görkəmli şəhərlərindən olan Qundi Şapuhinin daş kitabələrində həkk olunmuş bu sözlər oldu:

“Siz ermənilər, düşmənə təslim olmayın. Əgər təslim olmasanız, növbəti qələbə üçün şans buraxırsınız. Baxın, bir dəfə məğlub olduq və bu şəhərimiz yerlə-yeksan oldu, amma indi biz təslim olmadığımız üçün yenidən super güc olduq”.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*