Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Sabunçunun Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb. 62 ədəd (hər biri 700 ml) “Organic” əmtəə nişanlı premium araqlarının istifadəyə yararsız olduğu müəyyənləşib.