Sağ qalan bələdçi danışdı: “Birinci suya enəcəkdik, Hökumə digər hissədə idi”backend

Sağ qalan bələdçi danışdı: "Birinci suya enəcəkdik, Hökumə digər hissədə idi"

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan ekipaj üzvü Zülfüqar Əsadov hadisənin baş vermə anından danışıb. 

KONKRET.az xəbər verir ki, hazırda xəstəxanada olan Z.Əsadov 1988-ci ildən bəri təyyarə bələdçisi olaraq çalışdığını bildirib.

O hadisənin baş vermə anını danışıb:

“Birinci suya enmə qərarı verilmişdi, sonra isə qərar dəyişdi, quruya enməli olduq. Suya ensək heç kim sağ qalmayacaqdı.

Hadisə zamanı təyyarə 2 yerə bölündü. İlk ön təkərlər dəydi. Təkər dəyən məqam qabaq kabinedə bizim bələdçi orda oturmuşdu, bu zaman təyyarə aralandı. Təyyarənin yerdə qalan hissəsi sürtündü daha sonra dayandi, istiqaməti başqa oldu. Təyyarənin digər hissəsi dayananda mənim huşum ayıq idi. Gördüm ki, hər kəs təyyarə çevrilməsi nəticəsində başları aşağı çevrilib. Yanımda olan stüardessa Aydana dedim ki, bir az çəkil qapını açım içəri hava girsin. Havasızlıq vardı içəridə. Qapını açandan sonra insanlara təcili təyyarədən çıxmalarını bildirdim. Biz təyyarədən düşəndə bizi kömək gözləyirdi. Orda olan işçilərlə birlikdə vətəndaşları tam çıxartdıq. Biz yerə dəyəndə o qədər silkələnmə vardı ki, mən elə bilirdim ki, ölmüşəm”.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.Milli.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*