Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi BAŞLADIbackend

Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi BAŞLADI

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrinin vakant direktor vəzifəsinə yerdəyişmə məqsədilə qeydiyyat başlanıb.

Bu barədə KONKRET.az-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sonuncu iş yeri üzrə 3 ildən artıq müddətdə direktor vəzifəsində çalışan şəxslər müraciət edə bilərlər.

Vakant yerlərin siyahısı linkdə yerləşdirilib.

Qeyd edək ki, müraciətlər fevralın 27-dək qəbul ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*