Şagirdlərin pirə aparılması ilə bağlı açıqlama – FOTObackend

Şagirdlərin pirə aparılması ilə bağlı açıqlama - FOTO

Bir neçə gündür Qazax rayonunun Cəfərli kənd tam orta məktəbinin şagirdlərinin rayondakı “dilək ağacı” pirinin qarşısında çəkdirdikləri foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, təhsil müəssisəsinin feysbuk hesabında paylaşılan foto tənqid olunub, məktəblilərin pirə aparılması qınanılıb.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən foto məktəbin səhifəsində yanlışlıqla paylaşılıb: “Qazax rayon Cəfərli kənd tam orta məktəb tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib. Və həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi feysbuk səhifəsində paylaşılıb”.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*