Şagirdlərin yerdəyişməsi prosesində nələrə diqqət etmək lazımdır?backend

Şagirdlərin yerdəyişməsi prosesində nələrə diqqət etmək lazımdır?

Fevralın 25-də şagirdlərin elektron yerdəyişməsinə start verilir.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, 15:00-da başlayacaq yerdəyişmə prosesi məktəbəhazırlıq qruplarını, elcə də I – X sinifləri əhatə edəcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun aparıcı məsləhətçisi Azər Teymurlu “Xəzər Xəbər”ə bildirib ki, şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Azərbaycan vətəndaşları, eləcə də müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları sy.edu.az saytında “Digital Login” vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar.

Xarici ölkədə təhsil alan şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu prosesi də elektron sistem vasitəsilə aparılır. Valideynlər övladlarının müvafiq təhsil sənədlərini regional təhsil idarəsinə təqdim edərək ərizə ilə müraciət etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*