Sahədən 20 qəpiyə alınan pomidor niyə Bakıda 1 manatdır?backend

Sahədən 20 qəpiyə alınan pomidor niyə Bakıda 1 manatdır?

Bu il Bakıda pomidorun qiyməti ötən illərlə müqayisədə xeyli bahadır.  Doğrudur, ötən ayla müqayisədə pomidorun qiymətində ucuzlaşma var, bu, onunla əlaqələndirilir ki, yerli məhsul yığımı başlayıb və bolluq yaranıb. Lakin buna baxmayaraq, yenə də pomidorun kiloqramı 1 manata satılır. Kəndli isə bildirir ki, min bir əziyyətlə əkib-yığdığı pomidoru  yerində 20 qəpiyə verir. Bəs nə üçün pomidor bazarda 1 manat və daha yüksək qiymətlə satılır?

“Yeni Müsavat”a danışan  ekspert Natiq Cəfərlibildirib ki, pomidorun bahalaşmasının müxtəlif səbəbləri var: “Pomidor ilk növbədə əsasən ixrac məhsulumuzdur.  Məhsulun qıt vaxtı ixracatın artmasına görə qiymət artımı yaşandı. İndi isə ötən ayla müqayisədə məhsul boldur.  Lakin məsələ burasındadır ki, fermerlə bazarın əlaqəsi çox aşağı səviyyədədir. Fermerin bazara birbaşa çıxma imkanları kifayət qədər məhduddur. Fermer aylarla əziyyət çəkir, məhsul yetişdirir. Ancaq bazarla fermer arasında olan daşıyıcı şirkətlər daha çox pul qazanırlar. Hətta fermerlə bu şirkətlər arasında olan qazanc fərqi dəfələrlə ölçülür. Növbəti addım kimi fermerlərin iri market şəbəkələri ilə birbaşa müqavilə bağlamaları üçün imkanlar yaradılmalıdır. Onların bazara çıxma imkanları genişləndirilməlidir.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Çünki Azərbaycanda bir neçə iri marketlər şəbəkəsi var və onların da hər biri özləri şirkət qurublar. Bu şirkətlər vasitəsilə fermerlərlə əlaqə qururlar. Bu da fermer üçün qiymətin xeyli dərəcədə aşağı düşməsinə və tarladan süfrəyə  qədər qiymətin az qala 4 dəfə bahalaşmasına səbəb olur.

Ona görə də elə şərait yardılmalıdır ki, şirkətlər deyil, fermerlər özləri əlaqələr qura bilsinlər. Birbaşa müqavilə olarsa, bazarlardakı qiymətlərdə də sabitləşmə yarana bilər. Bu zaman fermer də daha çox qazanar və bu sahədə işlər görməkdə maddi maraqları da artar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*