Sahibə Qafarova Pakistan səfərindən DANIŞDIbackend

Sahibə Qafarova Pakistan səfərindən DANIŞDI

“Mənim rəhbərliyimlə parlament nümayəndə heyəti Pakistanda rəsmi səfərdə olub. Səfər zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak etdik”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır:

“Həmin işlərdə Azərbaycana dost olan ölkələrin şirkətlərinin də iştirak etdiyi qeyd edildi. Səfər zamanı Pakistan Prezideti Arif Alvi ilə görüşdüm. Cənab Alvi bildirdi ki, Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb. Konfransın yekunu kimi İslamabad Bəyamnaməsi imzalandı. Çıxışlarımda qeyd etdim ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərin bərpasına mane olur, minalanmış ərazilərin xəritəsini vermir. Bununla bağlı beynəlxalq təşkilatlar Ermənistana təzyiq etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*