Sahiblərinin satmağa əli gəlmədiyi 10 avtomobil açıqlandıbackend

Sahiblərinin satmağa əli gəlmədiyi 10 avtomobil açıqlandı

ABŞ-da, sahiblərinin 15 ildən sonra belə ayrılmağa hazır olmadığı avtomobil markalarının və avtomobil modellərinin adları açıqlanıb.

KONKRET.az xəbər verir ki, siyahı “iSeeCars”ın analitikləri tərəfindən hazırlanıb.

Belə ki, siyahıda ən sadiq pərəstişkarları olan avtomobillər Yaponiyanın Toyota modelləri olub. Bu modellərə “Highlander”, “Camry”, “Tacoma” və “Prius” modelləri daxildir. İlk 10-luqda həmçinin “Honda CR-V”, “Ford Escape Hybrid”, “Toyota RAV4”, “Lexus IS 350” və “Nissan Versa” da yer alıb.

Ən sadiq sahibləri olan avtomobil markalarının reytinqinə də Toyota (5,6%) liderlik edir. Siyahıda həmçinin Honda (5,3%), Lexus (4,4%), Mazda (4,3%), Hyundai (4,2%) və Subaru (4,1%) var./Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*