Sahibsiz itlər 3 nəfərə xəsarət yetirdibackend

Sahibsiz itlər 3 nəfərə xəsarət yetirdi

Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib.

İtlər qəsəbə sakinləri – 1963-cü il təvəllüdlü Babayev Şakir Məmmədbağır oğlu, 1963-cü il təvəllüdlü Fərhadov Famil Seymur oğlu və 1964-cu il təvəllüdlü Rzayev Zeyvəli Salman oğluna hücum edərək onlara xəsarət yetiriblər.

Onlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*