Sahil Babayev bu qurumun müdirini işdən çıxardıbackend

Sahil Babayev bu qurumun müdirini işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri Müseyib Fayaz oğlu Əliyev vəzifəsindən azad edilib.

KONKRET.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, 29 may 2024-cü ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Sadiq Əliyev təyin olunub.

Xatıradaq ki, Müseyib Əliyev 2021-ci ilin sentyabr ayından Dövlət Məşğulluq Agentliyində çalışıb. O, AtaSığorta ASC-nin İdarə Heyətinin sədri və Azərpoçt MMC-də müxtəlif vəzifələrdə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*