Sahil Kərimli: Azərbaycan öz modelini ortaya qoymaqla digər ölkələrə nümunə göstərirbackend

Sahil Kərimli: Azərbaycan öz modelini ortaya qoymaqla digər ölkələrə nümunə göstərir

Azərbaycan dövlətinin koronavirusla mübarizəsi genişmiqyaslı və effektlidir. Prezident İlham Əliyevin birbaşa nəzarəti nəticəsində Azərbaycan bu baxımdan dünya ölkələri arasında liderdir. Əksər inkişaf etmiş ölkələrdə vəziyyətin nəzarətdən çıxdığını biz hər gün aydın görürük. Amma Azərbaycan dövləti vaxtında atılan qabaqlayıcı tədbirlərlə prosesi tam nəzarət altında saxlayır, pandemiyanı lokallaşdıra bilir. Cəmi 20-25 illik inkişaf yolu keçmiş gənc, müstəqil Azərbaycan bunu bacarır və hətta artıq bir neçə ölkə bizim təcrübəmizdən istifadə edir.

Əlbəttə ki, qazanılan bu uğurların təməlində Azərbaycan dövlətinin iqtisadi gücü və imkanları dayanır. Aydındır ki, son illər aparılan dərin islahatlar, şəffaflıq nəticəsində iqtisadi sahədə genişmiqyaslı uğurlar əldə edilib. Məhz bu iqtisadi güc dünyanı bürüyən pandemiyanın ölkəmizə mənfi təsirlərini azaltmağa, vəziyyəti tam nəzarət altında saxlamağa imkan verir. Milli iqtisadiyyatımız çətin günlərdə özünü təsdiqləyir. Pandemiyanın yaratdığı qlobal böhrana baxmayaraq, bu ilin əvvəlindən indiyədək Azərbaycan iqtisadiyyatında artımlar müşahidə olunur.

Bir neçə gün əvvəl Prezident İlham Əliyev bu ilin birinci rübünün sosial-iqtisadi yükunlarına həsr edilən müşavirə keçirdi. Prezident hökumət üzvləri qarşısında çox ciddi tapşırıq və vəzifələr qoydu. Biz bir daha aydın gördük ki, dövlət başçısının əsas məqsədi virusla effektli mübarizə apararaq insanların həyatını xilas etmək, minimum az itkilər verməkdir. Azərbaycan vətəndaşlarının sağlamlığı, həyatı həmişə olduğu kimi yenə Prezident İlham Əliyev üçün hər şeydən üstündür və onun qəti mövqeyi ortadadır. Dövlət maliyyə itkiləri ilə üzləşə, iqtisadiyyat zəifləyə bilər. Lakin insan həyatı, vətəndaşın sağlamlığı əsas prioritetdir. Göründüyü kimi, Prezident İlham Əliyev bu çətin durumda dövlətin bütün maliyyə imkanlarını insan kapitalına yönəldir. Qarşıya qoyulan bir nömrəli vəzifə Azərbaycan vətəndaşlarının həyatda qalmasıdır. Prezident qəbul etdiyi çevik və qətiyyətli qərarlarla sübut edir ki, pandemiyanı lokallaşdırmaq və hətta bu ağır durumdan az itkilərlə çıxmaq mümkündür. Beləliklə, Azərbaycan öz modelini orta qoyur və digər ölkələrə nümunə göstərir.

Bu gün dünyanın inkişaf etmiş ölkələri pandemiyanın mənfi təsirləri nəticəsində ağır iqtisadi böhran içindədir. Hətta bəzi ölkələr maddi yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciətlər edirlər. Ancaq Azərbaycan buna ehtiyac görmür. Çünki, ölkəmiz öz ayaqları üzərində sərbəst dayanmağı bacarır. Bütün bunlar möhkəm təməllər üzərində qurulmuş iqtisadi inkişaf nəticəsində mümkün olub. Prezident İlham Əliyevin iqtisadi idarəetmə ilə bağlı qarşıya qoyduğu əsas məqsəd milli iqtisadiyyatımızın xarici şoklardan qorunmasıdır. İnvestisiyaların cəlbi, pul-kredit siyasəti, biznes sahələrinin kreditləşməsi, valyuta bazarında sabitliyin qorunub saxlanması ilə bağlı verilən tapşırıqlar heç şübhəsiz ki, iqtisadi sahədə effektini göstərəcək. Azərbaycan Prezidentinin post-pandemiya dövrü üçün də konkret strategiyası var. Hökumət dövlət başçısının tapşırığı ilə pandemiyadan sonrakı dönəm üçün çox ciddi proqramlar üzərində çalışır. İqtisadi aktivliyin təmini, sahibkarlığın və özəl sektorun dəstəklənməsi, ümumi daxili məhsulun artırılması, büdcə gəlirlərinin formalaşması, makroiqtisadi sabitliyin qorunması üzərində gərgin iş aparılır.

Azərbaycan dünyanın o ölkələrindəndir ki, dövlət insanların sağlamlığı ilə yanaşı bu ağır dönəmdə onların sosial durumunu, yaşayış səviyyəsini də bir an belə diqqətdən kənarda saxlamır. İstər pandemiyadan əvvəl, istərsə də indiki ağır dövrdə vətəndaşların sosial rifahı üçün kompleks tədbirlər həyata keçirilir. Azərbaycan öz ətrafında sosial dövlət imicini çoxdan formalaşdırıb. Təsadüfi deyil ki, bu ilin büdcəsi müstəqillik tariximizin ən sosialyönümlü büdcəsidir. Pandemiyadan zərər çəkmiş vətəndaşların, işsizlərin, muzdla çalışanların, bir sözlə həssas təbəqədən olan hər bir insanın hazırkı yaşayış durumu dövlətin daim nəzarətdə saxladığı məsələdir.

Prezident İlham Əliyev müşavirədə çıxışında pandemiyanın mənfi təsirlərinə baxmayaraq bu il sosial xərclərdə heç bir ixtisar edilməyəcəyini konkret bəyan etdi. Artıq bir neçə gündür ki, aztəminatlı kateqoriyadan olan on minlərlə vətəndaşımıza yardımlar verilir və bu proses davam etdiriləcək. Bu, müstəqillik tariximizin ən böyük dəstək proqramıdır. Bu, humanizmin, yüksək insanpərvərliyin ən bariz nümunəsidir. Yardımların ünvanlılığını təmin etmək, şəffaflığı qorumaq üçün Prezident İlham Əliyev bu prosesi şəxsən özü izləyir. Ölkə başçısının iqtisadi və sosial paketinin pandemiyadan zərər görən bütün təbəqələrin narahatlığına son qoyacağına şübhə yoxdur.

Bir daha tam əminliklə demək olar ki, Prezident İlham Əliyev bütün mümkün səyləri koronavirusla mübarizəyə yönəldib. Vəziyyətə dövlət başçısının şəxsən özü nəzarət etdiyindən ortada kifayət qədər uğurlar və nikbin nəticələr var. Əgər proses bu templə davam edərsə, mübarizə tədbirlərinin effektivliyi daha da artacaq və tezliklə pandemiya üzərində az itkilərlə qələbə qazanmaq mümkün olacaq. Prezidentin koronavirusla mübarizə sahəsində atdığı qətiyyətli addımlara Azərbaycan xalqı yüksək qiymət verir. Dövlət başçısının ünvanına saysız-hesabsız təşəkkür məktubları gəlməkdə davam edir. Bu məmnunluq eyni zamanda Azərbaycan vətəndaşlarının ən çətin günlərdə dövlətinə, öz prezidentinə olan inamının, güvəninin növbəti təzahürüdür. İnsanlar dövlətin gücünü, Prezidentin diqqətini hiss edir.

Ölkəmizdə koronavirusla mübarizəyə Heydər Əliyev Fondunun da özünəməxsus dəstəyi hiss olunmaqdadır. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə saxlanılır. Heydər Əliyev Fondu ilk günlərdən tibb müəssisələrinə dəstək göstərməyə başlayıb. Paytaxtda və bölgələrdə Almaniya istehsalı olan laboratoriya qurulub və testlərlə təmin olunub. Xəstəxanalarda çalışan tibb personalının təhlükəsizliyini təmin etmək məqsədilə tibbi ləvazimatlar və qoruyucu vasitələr alınıb. Tibb müəssiələri süni nəfəs aparatları və digər avadanlıqlarla təmin olunub. Ehtiyacı olan ailələrə ərzaqlar paylanıb, uşaq evləri, körpələr evi, internat məktəbləri, qocalar evi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində profilaktik tədbirlər görülüb.

Azərbaycan dövləti vətəndaşlarını bütün təhlükələrdən qorumaq və çətin durumlardan başıuca çıxmaq istiqamətində dünyaya örnək göstərir. Bu uğurların təməlində möhkəm xalq-iqtidar birliyi, vətəndaş həmyərliyi dayanır.

Sahil Kərimli
Trend BİA-nın baş direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*