Şahin Mustafayev İran rəsmisi ilə dəmir yolu və elektrik stansiyasının tikintisini müzakirə etdibackend

Şahin Mustafayev İran rəsmisi ilə dəmir yolu və elektrik stansiyasının tikintisini müzakirə etdi

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İranda işgüzar səfərdədir.

KONKRET.az “Mehrnews” agentliyinə istinadən xəbər verir ki, Şahin Mustafayev bu gün İran İslam Respublikası prezidenti ofisinin rəhbəri Mahmud Vaizi ilə görüşüb.

M.Vaizi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırmasına toxunaraq söyləyib ki, İran da öz növbəsində iki qonşu ölkə arasında olan sərhədi dostluq və sülh sərhədi kimi görür.

İran prezidenti ofisinin rəhbəri Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlara toxunaraq bildirib ki, İran iki qonşu ölkə arasındakı konfliktin tamamilə həll edilməsinə yardımçı olmağa hazırdır.

M.Vaizi Ş.Mustafayevlə görüşün səmərəli keçdiyini, xüsusən dəmir yolu layihələrinin reallaşdırması, bənd və su-elektrik stansiyasının tikintisində qarşılıqlı fikir mübadiləsinin aparıldığını bəyan edib.

Öz növbəsində Baş nazirinin müavini Şahin Mustafayev İranın konstruktiv mövqeyini və Azərbaycana dəstək verməsini yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*