Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib.
KONKRET.az xəbər verir ki, bu barədə E1.RU saytına istinadla xəbər verir.
Məlumatda qeyd edilib ki, Moskvanın Basmannı Məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb.
Bildirilib ki, Şıxlinski Fehruz Şirinovun öldürülməsinə cəhddə iştirak etməkdə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.
Ş.Şıxlinskinin vəkili bildirib ki, müvəkkili təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Qeyd edək ki, Şıxlinski əvvəllər Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılsa da, daha sonra dindirildikdən sonra sərbəst buraxılıb. Bir müddət sonra o axtarışa verilib.
Natiq Səlim,
KONKRET.az