Şahin Şıxlinski görün harada saxlanılır – “Hər an ölə bilər”backend

Şahin Şıxlinski görün harada saxlanılır – “Hər an ölə bilər”

Rusiyanın Sverdlovsk vilayətində saxlanılan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski hazırda Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılır. Məlumata görə, o, yanına bir məhbusun da yerləşdirilməsini xahiş edib.

KONKRET.az lent.az-a istinadən bildirir ki, bu barədə onunla görüşən Regional İctimai Nəzarət Komissiyasının (ONK) sədri Vladimir Popov məlumat verib.

“Şıxlinski təkadamlıq kamerada saxlanılır, ölçüsünə görə sanki toyuq hininə bənzəyir. Kamera təmir olunub və normalara uyğundur, amma belə iri cüssəli insan üçün çox kiçikdir. O, sıxıntılı şəraitdədir”, — deyə Azərbaycan diasporunun liderinin vəziyyətini Popov şərh edib.

Onun sözlərinə görə, Şıxlinski heç bir narazılıq bildirməyib, əksinə təcridxana əməkdaşlarının ona qarşı korrekt münasibətini xüsusi vurğulayıb. Həm məişət şəraiti, həm də yeməkdən razıdır. Əsas problem isə həbsxana şəraitində ciddi şəkildə pisləşmiş səhhətidir.

“O, yaşlı və xəstə bir insandır, hesab edir ki, heç bir qanunsuz iş görməyib, sadəcə şəraitin qurbanı olub. Onun elə bir xəstəliyi var ki, hər an təcili tibbi yardım lazım ola bilər. Arzuolunandır ki, Şıxlinskinin kamerası təkadamlıq olmasın və yanında bir məhbus da olsun ki, lazım gəldikdə həyəcan qaldırıb həkimləri çağırsın”, — deyə Popov izah edib.

ONK üzvləri vəziyyət barədə Sverdlovsk vilayətinin ombudsmanı Tatyana Merzlyakovaya məlumat veriblər. Hüquq müdafiəçiləri bu problemi həmçinin Penitensiar Xidmətinin rəhbərliyinə də çatdıracaqlar.

Qeyd edək ki, Şahin Şıxlinski avqustun əvvəlində Moskvada saxlanılıb. Qeyri-rəsmi məlumata görə, o, guya Azərbaycan səfirliyində gizlənirmiş. İlkin məlumata əsasən, ona qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Şıxlinski isə özünü təqsirli saymadığını bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*