Britaniya monarxı III Çarlz kiçik qardaşını, keçmiş şahzadə Endryunu son kral titullarından məhrum edib. Buna səbəb onun amerikalı maliyyəçi Cefri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal olub.
KONKRET.az xəbər verir ki, bu barədə “The Gazette” hökumət bülletenində məlumat verilib.
Kralın əmrinə əsasən, Endryu Albert Kristian Edvard Mauntbatten-Vindzor Nəcabətli Bant ordeninin kavaler-kompanyonu olmaqdan çıxarılıb, onun adı isə ordenin reyestrindən silinib. Bundan əlavə, monarxın qardaşının Kral Viktorian Ordeninin Böyük Xaç Cəngavəri rütbəsinə yüksəldilməsi ləğv edilib.
Daha əvvəl noyabrın 23-də Britaniya Baş naziri Kir Starmer elan etmişdi ki, Epşteynlə əlaqələri səbəbindən şahzadə titulundan məhrum edilən Mauntbatten-Vindzor ABŞ Konqresinin Nümayəndələr Palatasında ifadə verməlidir.
Xatırladaq ki, oktyabrın 30-da III Çarlzın Şahzadənin Endryunu bütün titul və şərəflərdən məhrum etmək, eləcə də onu kral iqamətgahından çıxarmaq qərarına gəldiyi elan edilmişdi. Bundan əlavə, monarx qardaşına “Royal Lodj”da iqamətgahının icarəsindən imtina etməsinin və başqa bir şəxsi yaşayış yerinə köçməsinin vacibliyi barədə rəsmi olaraq məlumat verib.
