Şahzadə Salman bu İtaliya klubunu almaq istəyirbackend

Şahzadə Salman bu İtaliya klubunu almaq istəyir

İtaliyanın “İnter” klubunun sahibi dəyişə bilər.

KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət investisiya fondu Milan təmsilçisinin səhmlərini almaqda maraqlıdır.

Asiyalılar ABŞ-ın “Fortress İnvestment Group” investisiya şirkətinin “İnter”i almaqla bağlı ilkin təklifindən sonra klubla maraqlanmağa başlayıb. Səudiyyə Ərəbistanının şahzadəsi Muhammed Ben Salman Al-Saud Milan təmsilçisinin səhmlərinin paketini fond vasitəsilə almağı planlaşdırır.

Qeyd edək ki, şahzadə 2020-ci ildə “Nyukasl” klubunu almaq istəsə də, İngiltərə Futbol Assosiasiyası bu alqı-satqıya icazə verməyib./apasport/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*