Sakinlərin NƏZƏRİNƏ: Sabah Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏKbackend

Sakinlərin NƏZƏRİNƏ: Sabah Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK 

Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin qaz kəməri üzərində şam və siyirtmənin quraşdırılması ilə əlaqədar sentyabrın 5-i saat 10:00-dan etibarən bəzi ərazilərdə qaz təchizatı dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Səngəçal qəsəbəsi, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi Y.Əliyev, B.Bünyatov, İ.Anaşkin, Əməkçi küçələrinin və N.İsmayılov prospektinin bir hissəsinin, Maştağa qəsəbəsinin isə X.Səfərəliyev, M.Hüseynzadə, M.Şəfai, G.Əsgərova, H.Zərdabi küçələrinin, Yasamal rayonu üzrə M.Seyidov və H.Zərdabi küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan, Bahar, Dədə Qorqud qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*