Dünya şöhrətli kolumbiyalı müğənni Şakira 2018-ci ildə vergidən yayınmaqda şübhəli bilinir.
KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, müğənninin vergi borcu 6 milyon avronu keçib.
Qeyd edək ki, İspaniya prokurorluğu sənətçini 2012-ci ildən 2014-cü ilə qədər vergidən yayınma ilə bağlı cinayətlərdə də şübhəli bilir.
Ümumilikdə söhbət 14,5 milyon avrodan gedir.
Ariz Həsənoğlu,
KONKRET.az