İspan mətbuatı kolumbiyalı pop ulduz Şakiranın üçqat “Qremmi” mükafatçısı Alexandro Sansla münasibətdə olduğunu yazıb.
KONKRET.az xəbər verir ki, Alexandro Sans fevral ayında Şakiraya sosial şəbəkədə mesaj göndərib:
“İllər keçir və biz həyatın bəxş etdiyi bu kosmik dostluğun orbitindəyik. Mən səni sevirəm və hörmət edirəm”.
Kolumbiyanın “Noticias RCN” televiziya proqramında bildirilib ki, Şakira və Alexandro Mayami-Biçdə birlikdə ev almağı planlaşdırır.
Qeyd olunub ki, onlar 20 milyon avroluq malikanə axtarırlar.
Lakin onların heç biri romantik münasibətlərini açıq şəkildə bildirməyiblər.
Xatırladaq ki, Şakira və Alexandro Sans 2005-ci ildə birgə “La Tortura” mahnısını buraxıb və bu, beynəlxalq hitə çevrilib.
Посмотреть эту публикацию в Instagram
İqbal Rzayev,
KONKRET.az