“Liverpul”un vingeri Məhəmməd Salah UEFA-nın fələstinli futbolçu Süleyman əl-Obaidin ölümü ilə bağlı açıqlamasına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, misirli ulduz qitə fitbol qurumunun rəsmi səhifəsində 41 yaşlı sabiq futbolçunun ölümü ilə bağlı “Fələstinli Pele”… Ən qaranlıq anlarda belə minlərlə uşağa ümid bəxş edən istedad” paylaşımına ritorik sual əlavə edib.
O, UEFA-nın paylaşımını özünün “X” səfifəsində yenidən paylaşaraq UEFA-dan əl-Obaidin ölümünün səbəbini və yerini açıqlaya biləcəyini soruşdu: “Onun necə, harada və niyə öldüyünü deyə bilərsinizmi?”.
Xatırladaq ki, Fələstin Futbol Assosiasiyası Süleyman əl-Obaidin avqustun 6-da Qəzza zolağının cənubunda humanitar yardım gözləyərkən İsrailin atəşə tutması nəticəsində öldüyünü bildirib.
O, Fələstinin “Əl-Şati”, “Markaz Şabab əl-Amari” və “Qaza Sport” klublarında oynayıb, karyerası ərzində 100-dən çox qol vurub.