Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İmişli 6 saylı “Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.
KONKRET.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə Zülfüqar Qarakişi oğlu Xəlilov vəzifəsindən azad edilib.
Saleh Məmmədovun digər əmri ilə MMC-nin direktoru vəzifəsinə Əflatun Xanoğlan oğlu Feyzullayev təyin olunub.
Qeyd edək ki, 6 saylı “Magistral Yolların İstismarı” MMC-nin uzun illər direktoru vəzifəsində Şükür Astanov işləyib. O, İmişli rayonunda “Orion-E” MMC və digər şirkətlər təsis edərək biznes fəaliyyəti ilə də məşğul olub. İşdən çıxarılan Zülfüqar Xəlilov da “Orion-E” MMC-nin direktoru vəzifəsində işləyib və rayonda Şükür Astanovun yaxın adamı kimi tanınıb.