Saleh Səmədov nəyə görə həbs edilib? – Şok təfərrüatbackend

Saleh Səmədov nəyə görə həbs edilib? – Şok təfərrüat

9 May – faşizm üzərində qələbə günü İmişlidə keçirilən tədbirdə SSRİ bayrağı qaldırıb, sinəsinə “Georgi lenti” vuran İmişli Ağsaqallar Şurasının sədri Saleh Səmədovun inanılmaz harınlığı ortaya çıxıb.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, etdiyi əmələ görə İmişli Ağsaqallar Şurasının sədri vəzifəsindən azad edilən Saleh Səmədovun həddən artıq varlı biri olduğu haqda artıq məlumat yayılıb. Onun İmişlidə “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istixanası, milyonluq “Rolls-Roys”u olan S.Səmədovun Bakıda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu vurğulanır.

Səmədov fəaliyyətə fəhləlikdən başlayıb, ali təhsil diplomunu isə 35 yaşında ala bilib. Belə görünür ki, Saleh Səmədov İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri olandan sonra taleyi dəyişib.

Onun hansı savada, necə intellektə sahib olduğu SSRİ bayrağı qaldırması və “Georgi lenti” taxması ilə hər kəsə bəlli oldu. Ancaq S.Səmədov haqda Axar.az-ın redaksiyasına daxil olan məlumat daha şokedicidir.

Saleh Səmədovun təhqirlərinə görə İmişli RPŞ-nin rəisi polkovnik Azər Tağıyevin təkidi ilə iş məhkəməyə təqdim edilib və S.Səmədov 30 sutkalıq inzibati qaydada həbsə məhkum edilib.

Həmin vaxt S.Səmədov öz əlaqələrindən maksimum istifadə etməyə çalışıb və polis rəisinə təzyiqlər də etdirib, lakin nəticə əldə edə bilməyib. S.Səmədovun yaxın dostu olduğu bildirilən məşhur deputatlardan biri də işə qarışıb, ancaq o da heç nəyə nail ola bilməyib. Buna baxmayaraq, apellyasiya şikayəti zamanı cəzanın 15 sutkaya salınmasına nail ola biliblər.

Həbs cəzası almağına baxmayaraq, onun cəzasını “çöldə” çəkmək təşəbbüsləri də alınmayıb. Belə ki, İmişli RPŞ-də təmir işləri ilə bağlı S.Səmədov Sabirabad RPŞ-də saxlanılıb. Bu təşəbbüs də rədd edildiyindən, sözügedən deputatın “qisas əməliyyatı” da olub.

Buna baxmayaraq, S.Səmədov 15 günlük cəzasını günə-gün çəkib və yalnız bundan sonra azadlığa buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*