“Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı elan etdiyi tender ləğv edilib.
KONKRET.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda qeyd olunub ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.
Tenderin məbləği 135 630 AZN olub.//Pravda.az