Salyanda ağır qəza baş verdi – Ölən və yaralılar varbackend

Salyanda ağır qəza baş verdi - Ölən və yaralılar var

Salyan rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində Neftçala rayon sakinləri – Həşimzadə Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı, Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

  • Evez
    Sentyabr 7, 2024 - 16:05

    Olen bir yox iki neferdi. Ata ve ogul dunyasin deyishibler. Neftcala sakinleri deyil, Baki sakinleridi. Her ikisin defn etdik indi. Menim dayim oglu ve onun ogludu. Xeberi deqiqleshdirib yazin zehmet olmasa.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*