Salyanda yol qəzası oldu – Xəsarət alanlar varbackend

Salyanda yol qəzası oldu - Xəsarət alanlar var

Salyanda yol qəzası olub.

KONKRET.az-ın məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının 77-ci kilometrliyində qeydə alınıb. Belə ki, minik avtomobilinin qarşıda gedən avtomobilə çırpılması nəticəsində Hacıqabul rayon sakinləri, 1957-ci il təvəllüdlü Hüseynova Nazilə Məmmədhəsən qızı, 1955-ci il təvəllüdlü Əmirova Nəcibə Niftalı qızı və 1951-ci il təvəllüdlü Nəbiyeva Minabəyim Mədət qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*