Şamaxı rayon Mərzəndiyə kəndində içməli su layihəsi həyata keçirilibbackend

Şamaxı rayon Mərzəndiyə kəndində içməli su layihəsi həyata keçirilib

Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsinin birinci zonasının açılışı baş tutub.

Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmdəov, ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov, agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, təşkilatların rəhbərləri və əməkdaşları, o cümlədən Agentliyin və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, artıq Mərzəndiyyə kənd sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, bu layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilir. Mərzəndiyyə kəndi 1350 nəfərlik əhalisi, 220 ev təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən biridir. Layihə iki zona üzrə planlaşdırılıb. Hazırda birinci zona üzrə işlər yekunlaşıb, ikinci zona üzrə isə icra davam edir. Layihənin əsas məqsədi kənddə yaşayan bütün ailələrin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasıdır.

Tədbirdən sonra qonaqlar Mərzəndiyyə kəndində içməli suyun açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, layihə zamanı su buraxıcılar, hava buraxıcı qurğular, müxtəlif ölçülü siyirtmələr və digər zəruri avadanlıqlar quraşdırılıb, 110 evə su verilib və sayğaclaşdırma prosesi mərhələli şəkildə aparılır. Hazırda layihənin icrası davam edir və çox yaxın zamanda 220 evin hər birinə fərdi su çıxışı veriləcək. Layihə çərçivəsində Pirsaat çayı üzərində yerləşən Nəsimi Nasos Stansiyasından 100 m³/saat məhsuldarlığa və 45 kVt gücə malik nasos aqreqatı vasitəsilə 5628 metr uzunluğunda, diametri 110 mm olan polietilen borularla su xətti çəkilib. Onun 1400 metri Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunub. Kəndin yuxarı hissəsində 63 kubmetr həcmində su çəni quraşdırılıb. Ümumilikdə isə 6900 metr uzunluğunda müxtəlif diametrli yeni su şəbəkəsi qurulub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*