Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.
KONKRET.az xəbər verir ki, günün ilk oyununda “Səbail” “Şamaxı”nı qəbul edib.
Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.
41-ci dəqiqədə qonaqların heyətində Vasiliye Bakiç hesabı açıb. 63-cü dəqiqədə Andrey Tirkoveanu fərqi ikiyə yüksəldib.
“Şamaxı” qələbə sayəsində xallarının sayını 24-ə çatdırıb və 7-ci pilləyə qalxıb. Meydan sahibləri 18 xalla sonuncu – 10-cu sıradadır.
Günün saat 19:30-da start götürəcək matçında “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.