Şampan üzüm növləri 2050-ci ilə qədər yox ola bilərbackend

Şampan üzüm növləri 2050-ci ilə qədər yox ola bilər

Şampan şərabında istifadə edilən üç üzüm növü – şardone, pino nuar və pino menye digər növlərlə birlikdə 2050-ci ilə qədər yoxa çıxa bilər.

KONKRET.az xəbər verir ki, bu qənaətə qlobal iqlim mütəxəssisləri gəliblər. Planetdəki hava şəraitinin dəyişməsi şərab zavodlarının işinə çox mənfi təsir edəcək.

İqlim böhranı Fransanın şimalındakı Şampan da daxil olmaqla dünyanın ən məşhur şərab bölgələrinin hava şəraitində özünü göstərir. Şampan isti günəşli günlər, təzə və təravətləndirici dad verən turşuluq üçün sərin gecələr tələb edir. Amma iqlim getdikcə istiləşir. Qlobal iqlim eksperti Vill Kletter xəbərdar edib ki, bu, şərabı ya daha bahalı, ya da çox keyfiyyətsiz edəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*