Bu ilin noyabr ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 24,96 % təşkil edib.
KONKRET.az “Statcounter” agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, oktyabr ayına nisbətən 0,41 faiz bəndi çoxdur, bir il əvvəlki göstərici ilə müqayisədə 9,21 faiz bəndi azdır.
Beləliklə şirkətin bazar payı illik ifadədə 27 % azalıb.
Növbəti sıradakı adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 1,91 faiz bəndi azalaraq, illik müqayisədə 15 faiz bəndi artaraq 23,8 % olub.
Üçüncü pillədəki “Apple”ın bazar payı aylıq müqayisədə 0,45 faiz bəndi və illik müqayisədə 4,84 faiz bəndi artaraq 21,65 % olub.
Dördüncü pillədə qərarlaşan “Xiaomi”nin bazar payı aylıq müqayisədə 0,67 faiz bəndi artaraq, illik müqayisədə isə 9,27 faiz bəndi azalaraq 18,54 % təşkil edib.
