Samux rayonunda açıq ərazidə yanğın başlayıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, Samux rayonu Qədili kəndində qamışlıq sahədə yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.