Samuxda sürücü idarə etdiyi avtomobili aşırıb.
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Eldar adlanan ərazisində baş verib.
Sürücü 1988-ci il təvəllüdlü S.N idarə etdiyi “VAZ-21011” markalı avtomobilin idarəetməsini itirib.
Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəstəxanaya aparılan sürücünün səhəti stabildir.
İlkin məlumata görə, qəzaya səbəb sərt döngədə maşının sürətlə hərəkət etməsi olub.