Sankt-Peterburqda it təyyarənin enişinin qarşısını aldıbackend

Sankt-Peterburqda it təyyarənin enişinin qarşısını aldı

Uçuş-eniş zolağına qaçan it Moskva – Sankt-Peterburq təyyarəsinin Pulkovo hava limanına enməsinə maneə törədib. Bundan sonra təyyarə ikinci dairəni vurub və müvəffəqiyyətlə eniş edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi “Şimal paytaxtının hava qapıları” şirkətinin mətbuat xidmətinə istinadən yayıb.

“Moskvanın Vnukovo hava limanından Sankt-Peterburqa uçan “Pobeda” aviaşirkətinin təyyarəsi yerli vaxtla səhər saat 8.41-də enişə yaxınlaşarkən ikinci dairə vurub. Səbəb bir itin uçuş zolağı bölgəsində olması mesajı idi” deyilib.

Təhlükəsizlik yoxlanıldıqdan və təmin edildikdən sonra təyyarə 8.52-də uğurla eniş edib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*