“Rəqibi təhlil etmişik, İslandiyanın heyətində yüksəksəviyyəli futbolçular var”.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
“Bütün oyunlar çətin keçir. Səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Rəqibi təhlil etmişik, İslandiyanın heyətində yüksəksəviyyəli futbolçular var və onlar topu saxlayırlar. Futbolçularıma lazımı məlumatları vermişəm və ev sahibi kimi biz də qələbə qazanmağa çalışacağıq”, – F.Santuş bildirib.
Baş məşqçi əlavə edib ki, futbolçular matç gününə qədər tam hazır olacaqlar:
“Reykyavikdə hava soyuq olduğundan səfərə 3-4 gün əvvəl gəlməyi planlaşdırdıq. İlk gün futbolçular üçün çətin keçdi, amma artıq alışıb və oyuna qədər tam hazır olacaqlar. Futbolçularımız ilk görüşdən qələbə qazanmaq istəyirlər”.
Qeyd edək ki, İslandiya – Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.