“Paşinyan yeni güzəştlərə haqq qazandırmaq üçün zəmin hazırlayır”.
KONKRET.az xəbər verir ki, bunu müxalif erməni deputat İşxan Saqatelyan deyib.
O bildirib ki, Paşinyan “erməni soyqırımı” və “Dağlıq Qarabağ” problemini gündəmə gətirən qüvvələrin fəaliyyətini məhdudlaşdırmağa söz verib.
“Paşinyan hesab edir ki, Qarabağ uğrunda mübarizə Ermənistanın maraqlarına ziddir. Onun belə deməsinə səbəb Azərbaycanla müzakirə etdiyi sülh müqaviləsidir. Paşinyan Əliyev qarşısında yuxarıda göstərilən məsələləri qaldıran bütün qüvvələrin Ermənistanda fəaliyyətini məhdudlaşdırmaq öhdəliyi götürüb. Deməli, Nikol Paşinyan yeni güzəştlərə haqq qazandırmaq üçün zəmin hazırlayır”, – Saqatelyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az